FİFA-nın planını tənqid etdi

FİFA-nın planını tənqid etdi

FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun dünya çempionatının idarəçiliyinə xarici investorların cəlb olunması ilə bağlı planını sərt şəkildə tənqid edib.

Allsport.az xəbər verir ki, hazırkı prezident Canni İnfantinonun təşəbbüsü ilə FİFA-nın yeni törəmə struktur yaratmaq və turnirin keçirilməsinə cavabdeh olacaq şirkətdə pay satmaq planı müzakirə olunur.

FİFA isə öz rəsmi saytında şirkətin yaradılması layihəsini təsdiqləyib. Yeni strukturun qurumun kommersiya fəaliyyətini və turnirlərin təşkilini vahid şəkildə idarə etməsi nəzərdə tutulur.

Blatter bu addımın FİFA-nın mahiyyətinə zidd olduğunu bildirib:

“Futbol nə ayrı-ayrı şəxslərə, nə də hər hansı təşkilata məxsusdur – o, xalqa məxsusdur. Əgər FİFA gəlir əldə etməyə yönəlmiş korporativ struktura çevrilərsə, öz mahiyyətini itirəcək.

Dünya çempionatı dar bir rəhbər qrupunun əlində olan kommersiya aktivi deyil, dünya futbolunun mədəni irsinin bir hissəsidir. FİFA dünya çempionatı sahibi deyil, onun qoruyucusu olmalıdır. Əsas fərq məhz bundadır. Bu yanaşma heç bir halda dəyişdirilməməlidir.

Əldə olunan gəlir yalnız oyunun inkişafına – həvəskar futboldan tutmuş ən yüksək səviyyəli beynəlxalq yarışlara qədər – yönəlməlidir, yalnız mənfəətlə maraqlanan xarici investorların qazancına çevrilməməlidir”.

Həmin kateqoriyadan