FIFA-nın rəsmi saytı: Əsas sürpriz Azərbaycan komandası 2-ci yeri qoruyub saxlamağa çalışacaq

FIFA-nın rəsmi saytı DÇ-2018-in seçmə mərhələsində “C” qrupunda keçiriləcək matçlar barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, bu qrupda 2-ci yeri hazırda Azərbaycan millisi tutur. Saytda yazılıb: “Almaniyanın San-Marino ilə oyunundan daha ekstremal qarşılaşma təsəvvür etmək çətindir. Bu komandaların Avro-2008-in seçmə mərhələsində son iki görüşü almanların 13:0 və 6:0 hesablı dağıdıcı qələbəsi ilə başa çatıb.

“C” qrupunun əsas sürprizi olan Azərbaycan ikinci yeri qoruyub saxlamağa çalışacaq. Bu komanda Şimali İrlandiya ilə səfər oyununda uğurlarını davam etdirməyə çalışacaq. Eyni vaxtda Çex Respublikasının komandası öz meydançasında Norveçlə oyunda özünün ilk qələbəsini qazanmağa çalışacaq”.

Həmin kateqoriyadan