- Baxış sayı: 41
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Əliyar Ağayev beynəlxalq təyinat alıb. Allsport.az saytı xəbər verir ki, FIFA referisi millətlər liqasında Bolqarıstan – Uels matçını idarə edəcək.
Ona yan xətlərdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Rəhim Həsənov 4-cü hakim olacaq.
Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq.
14 oktyabr “B” liqasının 4-cü qrupunda Sofiyada Vasil Levski adına milli stadionda görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.