- Baxış sayı: 21
- 17 İyul 2026 23:56
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

İspaniya və Argentina milliləri arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər.
Allsport.az xəbər verir ki, qatı tüstü Kanadanın bir neçə şəhərinə yayılaraq ABŞ-nin şimal ştatlarına qədər çatıb.
Artıq Çikaqoda küçə tədbirləri və MLS çərçivəsində keçirilməli olan “Çikaqo Fayr” – “Vankuver Uaytkeps” qarşılaşması ləğv edilib. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) havanın çirklənmə səviyyəsini qiymətləndirmək və göstəricilər sağlamlıq üçün təhlükəli olacağı təqdirdə oyun cədvəlini dəyişdirmək üçün xüsusi protokollara malikdir.
Həlledici final görüşünün iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki “Metlayf” stadionunda keçirilməsi və Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.