Fiqurlu konkisürən və dizayner arasında münaqişə

2024-cü il yanvarın əvvəli Rusiyada fiqurlu konkisürmə idmanında qalmaqal baş verib. Allsport.az xəbər verir ki, Avropa çempionu Alena Kostornaya ilə geyim tərtibatçısı Alena Kuklıçeva arasında gözlənilmədən mübahisə yaranıb.

Yanvarın 3-də Kuklıçeva sosial media hesabının hekayə bölməsində Kostornaya ilə əməkdaşlığına son qoyduğunu açıqlayıb. “Bu, Alena Kostornaya üçün son işdir. Bir sıra səbəblərə görə yeni ildə onunla işləməyi dayandırdım”, – deyə dizayner yazıb.

Mətnə şəxsi yazışmaların görüntüsü də əlavə olunub və oradan münaqişənin əsas səbəbinin ödənilməmiş kostyumlar olduğunu başa düşmək olub.

Həmin kateqoriyadan