Flaqman ispaniyalı futbolçuları ilə yollarını ayıracaq

Flaqman ispaniyalı futbolçuları ilə yollarını ayıracaq

“Neftçi” növbəti mövsüm üçün heyətinə əl gəzdirməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu artıq mövsüm bitən kimi yollarını ayıracağı 2 futbolçunu müəyyənləşdirib. Bunlar ümidləri doğrultmayan ispaniyalılar – Xuan Alberto Melli və Anyetedir.

Amma bu 2 oyunçu ilə yanaşı daha bir neçə futbolçunun göndərilməsi nəzərdə tutulub. Klub rəhbərliyi onların kimliyinə mövsüm bitəndən sonra aydınlıq gətirəcək.

Həmin kateqoriyadan