- Baxış sayı: 35
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Forbes”, “Real”i dünyanın ən bahalı klubu elan edib.
Allsport.az xəbər verir ki, Madrid klubu dünyanın ən bahalı klublarının sıralamasında birinci yeri tutub. Onun dəyəri 6,07 milyard dollar həcmində qiymətləndirilir.
Siyahıda ikinci yerdə “Mançester Yunayted” (6 milyard), 3-cü “Barselona” (5,51 milyard), 4-cü – “Liverpul” (5,29 milyard), 5-ci yerdə isə “Mançester Siti” (4,99 milyard) qərarlaşıb.
Dünyanın ən bahalı 10 klubu sırasında “Bavariya” (4,86 milyard), PSJ (4,21 milyard), “Çelsi” (3,1 milyard), “Tottenhem” (2,8 milyard) və “Arsenal” (2,26 milyard) də yer alıb.