- Baxış sayı: 20
- 17 İyul 2026 23:56
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi köynək hərracda 4,88 milyon dollara satılıb.
Allsport.az xəbər verir ki, Pele həmin final oyununda iki qol vuraraq Braziliyaya tarixində ilk dəfə dünya kubokunu qazandırıb. Braziliya İsveç millisini 5:2 hesabı ilə məğlub edib.
17 yaş 249 günlüyündə finalda qol vuran Pele dünya çempionatı tarixinin ən gənc qol müəllifi olaraq rekordunu qoruyur. O, karyerası ərzində üç dəfə dünya kubokunun qalibi olan yeganə futbolçudur.
Futbol köynəkləri arasında rekord qiymət 9,3 milyon dollardır. Bu məbləğ 2022-ci ildə Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı geyindiyi köynəyə ödənilib.