“Forza Neftçi”: Bu klub heç kəsin şəxsi mülkiyyəti deyil, xalqındır

“Forza Neftçi” azad azarkeş qrupu bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, müraciətdə, fanatlar baş məşqçi Vəli Qasımovun istefaya göndərilənəcən mübarizələribi davam etdirəcəklərini bəyan ediblər:

“Forza Neftçi” Azad Azarkeş Qrupu olaraq bəyan edirik ki, dəfələrlə sizdən baş məşqçi Vəli Qasımovu istefaya göndərməyinizi xahiş və tələb etməyimizə baxmayaraq, bizləri inkar etməkdən və uğursuz siyasətinizi davam etdirməkdən əl çəkmədiniz. Bizim – “Neftçi”mizin sadiq azarkeşlərinin Topaz Premyer Liqasının ilk 3 turunda komandanı boykot etməsi belə sizləri Vəli Qasımovu istefaya göndərməyə məcbur etmədi.

Buna görə, sentyabrın 10-da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununda tribunaya dönəcəyik və 90 dəqiqə dayanmadan Vəli Qasımovu istefaya səsləyəcək, öz postunu işini yaxşı bacaran bir baş məşqçiyə təslim etməyənə qədər mübarizəmizi davam etdirəcəyik. Bir daha xatırlatmaq istərik ki, bu klub heç kəsin şəxsi mülkiyyəti deyil, xalqındır. Xalqın komandasını xalqa qaytarın!”

Həmin kateqoriyadan