Fransa Superkubokunun oyunu 2024-cü ilin yanvarına təxirə salınıb

Fransa peşəkar liqasının (FPL) prezidenti Vinsent Lebrüne Fransa Superkuboku matçının təxirə salınacağını bildirib.

Allsport.az xəbər verir ki, təxirə salınmasına səbəb matçın təşkilini öhdəsinə götürən “Freş Air Festival” şirkətinin yaşadığı çətinliklər olub.

“Həqiqətən də, bizdən asılı olmayan səbəblərə görə matç bu yay Taylandda baş tutmayacaq.

Tədbirin harda keçiriləcəyi ilə bağlı, biz üç variant üzərində işləyirik, onların hamısı xaricdədir”- Lebrüne deyib.

Superkubok matçında Liqa 1 çempionu PSJ və Fransa kubokunun qalibi “Tuluza” qarşılaşacaq.

Oyun 2024-cü ilin yanvar ayında keçirilə bilər.

Həmin kateqoriyadan