- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 259
- Oktyabr 25, 2026
- 0

Fransalı hücumçu Allan Sent-Maksimen karyerasını ABŞ-də davam etdirəcək.
Allsport.az xəbər verir ki, MLS təmsilçisi “Şarlot” 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, Sent-Maksimen yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Fransalı futbolçu son olaraq qış fasiləsində “Lans”a transfer olunmuşdu. O, burada keçirdiyi 13 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.