- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

DÇ-2026-nın rəsmi himninin müəllifi olan məşhur müğənni Şakirə növbəti dəfə mundialın diqqət mərkəzinə düşüb.
Allsport.az xəbər verir ki, kolumbiyalı ulduz Fransa – Mərakeş yarımfinal qarşılaşmasını stadiondan izləyib.
Şakira tribunadan Fransa millisinə azarkeşlik edib.
Dünya şöhrətli müğənni dünya çempionatları ilə bağlı ifa etdiyi məşhur mahnılar sayəsində uzun illərdir mundialın simvolik simalarından biri hesab olunur.
O, DÇ-2026 üçün də rəsmi himni hazırlayıb və turnir ərzində bir neçə oyunu stadiondan izləyərək azarkeşlər arasında yer alıb.



