Fransız azarkeşlərdən böyük maraq

Fransız azarkeşlərdən böyük maraq

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın ilk ev oyunu böyük marağa səbəb olub.

Allsport.az xəbər verir ki, matçın bütün biletləri satışa çıxarıldıqdan 24 saat keçməmiş tükənib.

Biletlərin satışı iyulun 31-də başlasa da, ertəsi gün onları əldə etmək mümkün olmayıb.

Zidan Fransa millisində rəsmi debütünü oktyabrın 2-də UEFA millətlər liqasında İtaliyaya qarşı keçirəcək. Qarşılaşma təxminən 80 min azarkeş tutumuna malik “Stad de Frans”da baş tutacaq.

Fransa futbol federasiyası Zinəddin Zidanla 4 illik müqavilə imzalayıb. 2021-ci ildən bəri heç bir kluba rəhbərlik etməyən mütəxəssis daha əvvəl iki dönəmdə Madrid “Real”ını çalışdırıb və bu müddətdə 11 titul, o cümlədən 3 UEFA çempionlar liqası kuboku qazanıb.

Həmin kateqoriyadan