Futbol əfsanəsi “Alpin”in yeni səfiridir

Allsport.az xəbər verir ki, fransalı dünya çempionu dünən təqdimata qatılıb. Zinəddin Zidan ictimaiyətə “Alpin” komandasının yeni səfiri kimi təqdim olunub. O, həm səfir, həm də “Rac(H)er and the Concours Excellence Mecanique”proqramının yeni tərəfdaşıdır. Ünlü futbolçu iş birliyi haqqında fikirlərini belə bölüşüb:

”Mən komandanın yanaşmasını və prinsiplərini bəyənirəm. Öz növbəmdə bir Fransız olaraq doğma kollektivi dəstəkləyirəm. Bundan əlavə,fikrimçə gənclərə daim dəstək olmaq vacibdir. Onların kimliyindən, milliyətindən asılı olmayaraq, istənilən sahədə uğurlu ola biləcəklərini və arzularına inamağlarının vacibliyini vurğulamaq lazımdır. Düzdür, dəyişiklik zaman tələb edir. İşləri sürətləndirməyə töhvə verməkdən məmnun olaram”.

Həmin kateqoriyadan