- Baxış sayı: 45
- 10 İyul 2026 12:15
- Baxış sayı: 455
- İyul 08, 2026
- 0

2026-cı il dünya çempionatının 1/4 finalında Fransaya 0:2 hesabı ilə uduzan Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi məğlubiyyəti şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis komandasının gələcəyinə inandığını bildirib:
“Bu yolda davam etsək, gələcəyimiz parlaq olacaq. Amma bu, bugünkü oyunda qalib gəlmək istəmədiyimiz anlamına gəlmir. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, lakin çox güclü rəqiblə qarşılaşdıq. Məğlubiyyət məyusedicidir, amma gələcək naminə işləməyə davam edəcəyik.
Biz bilirik ki, təkcə bir ölkəni təmsil etmirik. Biz Mərakeş xalqını, eləcə də Asiya və Afrikanın bir çox ölkələrini təmsil edirik. Çoxları özünü bu komandada görür və biz gələcəkdə titullar qazanmaq üçün çalışmağa davam edəcəyik”.
Mərakeş millisi dünya çempionatının 1/4 finalında Fransa yığmasına 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.