- Baxış sayı: 10
- 22 İyun 2026 15:13
- Baxış sayı: 80
- İyun 22, 2026
- 0
“Qarabağ”la oyundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” bu gün məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” Topaz Premyer Liqasının 14-cü turunda Gəncədə qarşılaşacağı “İnter”lə oyuna hazırlaşır.
Komandanın bu günə olan məşqi “Dalğa Arena”da baş tutub. Sabah futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
Noyabrın 25-də “Kəpəz” Yevlaxa gedəcək. Bir gün orada məşq edəcək komanda ayın 26-da Gəncəyə gələcək. Oyun öncəsi son hazırlıq prosesi isə matçın keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq.