Gəncə klubu “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır

Gəncə klubu “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır

“Kəpəz” iki günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib. Allsport.az xəbər verir ki, Gəncə klubu Premyer Liqanın 33-cü turunda səfərdə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır. “Sarı-göylər” paytaxtda məşq edir.

Mayın 5-də Bakıda hazırlığı tamamlayacaq komanda bir gün sonra Lənkərana yollanacaq. “Kəpəz” qarşıdakı oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

Həmin kateqoriyadan