Gənclər və idman nazirliyində növbəti korrupsiya! Sektor müdiri vəzifəsindən azad olundu!

Gənclər və idman nazirliyində növbəti korrupsiya xəbəri yayılıb. İdman məktəbləri sektorunun müdiri Aygün Hüseynova ötən həftə vəzifəsindən azad olunub. Nazirlikdə gəzən söz-söhbətə görə, o, 15000 manat rüşvət alıb. UGİM-in Şirvan və ya Salyan olduğu deyilir. Sızan bilgiyə görə, iş həll olunmayınca, söhbət rəhbərliyə çatıb. GİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov adı çəkilənəməkdaşı yanına çağırıb. İlk sorğu-sualda boynuna almasa da, növbəti cəhddə pul aldığını etiraf edib. Onun Masallıda da eyni əməli barədə xəbər dolaşır. Ümumən, ondan çox şikayətlər var. Məsələni tam araşdırırıq.
Aygün Hüseynovanı hələlik Bakı baş idarəsinə göndəriblər. Amma BŞGİBİ-də bir neçə aylıq olduğu söylənilir. Oradan da xaric edəcəklər.

Onunla birgə çalışan GİN-in keçmiş əməkdaşlarının bildirdiyinə görə, sözü gedən şəxs həmişə ehtiyatlı olub və 50 manatı da idarədə deyil, öncədən təyin etdiyi kənar yerdə alırmış. Bu əməlləri üzündən, 2006-cı ildə fəxri adların verilməsinin sənədləşdirməsini ondan alıb nazirliyə yeni işə düzələn Aygün Fəttayevaya tapşırıblar (o keçən il öz istəyi ilə idman şöbəsindən ümumi şöbəyə keçəndə, yeni rəhbərlik bu vəzifəni yenidən Hüseynovaya qaytarıb). İdman ictimaiyyətinə, təhlilçilərə və yüksək çinli məmurlara çox maraqlıdır ki, Aygün Hüseynova, Əbülfəs QarayevAzad Rəhimovla da işləyib. Amma nədənsə bu məsələ hazırkı nazir Fərid Qayıbovun dönəmindəşişib “partlayıb”.

Allsport.az-a daxil olan məlumata görə, o, indiki rəhbərliyə məddahlıq edərək, dəhlizlərdə və kabinetlərdə rişxəndlə “Azad Rəhimovun dövrü bitdi, İsmayıl İsmayılovun dönəmi qapandı, Fərid Mansurov idman yox, rüşvət üzrə olimpiya çempionu idi” deməkdən çəkinmirmiş. Yaxşı, indi o özü hardadır? O kəslərin nəzərinə çatdıraq ki, adı çəkilən ictimai-siyasi xadim gördüyü böyük işlərin müqabilində ölkə başçısı İlham Əliyev tərəfindən orden və medalla təltifləndirilib, ağır xəsətlikdən dünyasını dəyişənə qədər vəzifə başında olub və 2-ci Fəxri xiyabanda dəfn edilib. İsmayıl müəllim alnı açıq gəzir, indi də televiziyalara dəvət alır və idman tədbirlərində iştirak edir. Alimin çıxışları hər zaman diqqətlə dinlənilir. Arada özü düzəltdiyi simli musiqi alətlərində ifa edir. Olimpiya və 2-qat dünya çempionuna gəlincə, o da Odlar yurdunun fəxridir və hazırda fəaliyyətini idman akademiyasında prorektor vəzifəsində davam etdirir.

Bu il yazında nazirlikdə səs-küylü korrupsiya aşkarlanmışdı. İdman şöbəsinin müdiri Elnur Məmmədovun sürücüsü (xalası oğlu Emil) müxtəlif şəxslərdən nazirliyin tabeçiliyində olan idarələrə və olimpiya komplekslərinə işə düzəltmə adı ilə ayrı-ayrılıqda 8.500, 4.300 və 2 nəfərdən 6.500 manat almışdı. Amma bunun müqabilində nə sözünü tutmuş, nə də aldığını geri qaytarmışdı. Belədə, aldadılan şəxslər nazirliyə gələrək qalmaqal yaratmışdılar. Hadisədən nazir Fərid Qayıbov xəbər tutmuş və dərhal sürücünü işdən qovmuşdu. Cəza olaraq “Cənab 0:8”in xidməti maşınını (“Nissan Altima” 10-PZ-501) bir müddət əlindən almışdı.   

Nazirlikdən sızan digər xəbərə görə, proses davam edəcək. Növbədə bir neçə sektor müdiri, aparıcı mütəxəssis və seleksiyaçı var. Nazir bunun üstünə ciddi düşüb. Deyilənə görə, sözü gedən məsələ ilə ona sadiq gizli qrup məşğuldur. Nazirliyi və onun tabeçiliyindəki idarələri cənginə alan rüşvət Fərid Qayıbovun uğurlu işinə kölgə salır, onu heç edir.

Həmin kateqoriyadan