Gənclər və idman nazirliyindən bildiriş

29 mayda nazirlər kabineti yanında operativ qərargahın növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü qeyd olunub. Allsport.az saytının məlumatına görə, bu açıqlamadan irəli gələrək gənclər və idman nazirliyi bildirir:

Gənclər və idman nazirliyinin balansında olan olimpiya idman komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydaça və qurğuları əhalinin istifadəsinə verilir.

Federasiyalar tərəfindən gənclər və idman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, nazirlər kabineti yanında operativ qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif olimpiya idman komplekslərində məşqlərinə icazə verilsin.

İdmançıların bölgələrdə yerləşən olimpiya idman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.

Qərar 31 may saat 00.00-dan etibarən qüvvədədir.

Həmin kateqoriyadan