Georgi Kondratyev: “Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik”

“Hər 2 komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib fürsətlərdən istifadə etdi. Matçda hücumçu baxımından problem yaşadıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Belarus millisinin baş məşqçisi Georgi Kondratyev millətlər liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycana 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, tərəfləri eyni gücdə sayıb: 

“Onları qələbə münasibəti ilə təbrik edirəm. Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir. Rəqibi yaxşı təhlil etmişdik. Hətta Mahir Əmrəlinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik. Azərbaycan sürətli və qısa ötürmələrlə çıxış edir”.

Həmin kateqoriyadan