- Baxış sayı: 43
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Braziliyanın məşhur müğənnisi Gilberto Gil Rio-2016-nın açılışında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, gitara ifaçısı bir çox məşhur mahnı sözlərinin müəllifidir. Onun bəstələdiyi mahnı Rio oyunlarının açılış videosunda səslənəcək.
Maraqlı tarixçəsi olan mahnını müğənni 1969-cu ildə bəstələyib. Mübarizə ruhunda yazılan mahnıda həmin dövrdə Braziliyadakı hərbi diktatura rejimi tənqid olunur. Sonradan siyasətlə də məşğul olan Gilberto Gil 2003-2008-ci illərdə Braziliyanın mədəniyyət naziri vəzifəsində çalışıb.