Gimnastlarımız qitə 5-cisi oldular

Portuqaliyanın Gimaraynş şəhərində teamgym üzrə Avropa çempionatı başa çatıb.

Allsport.az xəbər verir ki, yarışda Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar HəsənovMənsum Səfərovdan ibarət heyət kişilər arasında komanda yarışlarında Azərbaycanı təmsil edib.

Finaladək irəliləyən yığma həlledici mərhələdə 46.675 xalla 5-ci olub.

Teamgym Avropa gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan gimnastika federasiyası 2018-ci ilin əvvəlində teamgym növünü öz fəaliyyətinə daxil edib. Milli 2018-ci ilin oktyabrında ilk dəfə bu növdə Avropa çempionatına qatılıb.

Həmin kateqoriyadan