Həbib döyüşdən imtina etdi

UFC-də yüngül çəkidə kəmər sahibi olan Həbib Nurmaqomedov UFC-253 çempionatında iştirak etməyəcək. Allsport.az xəbər verir ki, Rusiyanı təmsil edən idmançının meneceri Rizvan Məhəmmədov bu barədə məlumat verib.

Dağıstanlı döyüşçü bu turnirdə ABŞ təmsilçisi Castin Geyci ilə mübarizə aparmalı idi.

Abu Dabida keçiriləcək turnirə sentyabrın 19-u başlayacaq.

Həmin kateqoriyadan