Xanım həmkarımız Azərbaycan taekvondosunun tarixinə düşmək istəyir

Ötən ilin sonunda keçirilən taekvondoçular arasında ölkə çempionatında ATF-in Hakimlər komitəsin fəaliyyətində fəal və düzgün idarəçiliyinə görə həmkarımız Təranə Xudabaxşiyeva fəxri fərmanla təltif olundu. Allsport.az saytına açıqlamasında respublika dərəcəli referi bildirib ki, əsas məqsədi öz işində səviyyəsini daha qaldırıb, beynəlxalq dərəcə almaqdır:

«Fəaliyyətimdə dönüş yaratmaq istəyirəm. Məqsədim, beynəlxalq kateqoriyaya yiyələnməkdir. Bunun üçün respublika səviyyəli bütün yarışlarda hakim kimi çıxış edərək, təcrübəmi artırıram. Yaxın gələcəkdə məqsədim, beynəlxalq hakim olaraq Azərbaycanı dünya arenalarında təmsil etməkdir. Bu üzdən, fikrimdə qətiyəm. Qeyd edim ki, Azərbaycanda 10-a yaxın kişi beynəlxalq hakim olsa da, hələ qadın beynəlxalq referimiz yoxdur. İstərdim, Azərbaycan taekvando tarixinə düşüm».

10933339_10204712368602655_1469563092_n

Həmin kateqoriyadan