Həmyerlimizin qolu “Dnepr”ə qələbə qazandırıb

Ukrayna liqa pari-matçında 23-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası doğma meydanda “Zirka” ilə qarşılaşıb.

“Dnepr” bu matçda üstün olub (1:0). Həmvətənimiz görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 32-ci dəqiqədə qələbə qolunu vurub.

“Göy-ağ mavilər” yüksək dəstədə qalmaq uğrunda mübarizədə “ikinci altılıq” arasında 13 xalla 4-cü sıradadır.

Həmin kateqoriyadan