Həndbolçularımız «Antalyaspor»a qələbə gətirdi

Dünən kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.

Allsport.az saytı xəbər verir ki, 18-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» səfərdə «Nülufər» komandası ilə qarşılaşıb.

Matç qara dənizlilərin minimal fərqli məğlubiyyəti ilə tamamlanıb – 27:28. «Bordo-mavililər» hesabında 17 xal var; yarış cədvəlində 6-cı pillədə qərarlaşıblar.

Sergeyin Georgiyevski və Valeri Parşkovun formasını geyindiyi «Antalyaspor» doğma divarlar arasında «Rainbov Kayseri »ni 24:22 hesabı ilə üstələyib. Cənublular 13 xalla 12-ci yerdə qalıblar.

Həmin kateqoriyadan