- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

Ər-Riyad-2025 İslam oyunlarından sonra, noyabrın son günlərində həndbol üzrə ölkə çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, yeni mövsümdə yüksək liqada kişilərdə və qadınlarda 6 klub çıxış edəcək. Legionçu həddi azalaraq 3 olacaq. Ötən mövsüm 4 gəlmə oyunçuya fürsət verilirdi.
Mərhələli şəkildə bu idman növünün inkişafını və kütləviliyini əsas götürən Azərbaycan həndbol federasiyasının yeni rəhbərliyi növbəti rəqabətdə 1-ci liqanı idmansevərlərin ixtiyarına verəcək. Elitada sonuncu olanla aşağı dəstədə ilk sıranı tutan klublar arasında pley-off olacaq.