- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın formasını geyindiyi «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqasında növbəti görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 14-cü turda Dortmundda yerli «Borussiya»nın qonağı olub.
Əvvəldən sonadək üstün oyun nümayiş etdirən həndbolçumuzun komandası 11 top fərqi ilə qalib gəlib – 28:17 (13:9). Bu matçda da qapısımız meydanda olub.
«Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 28 xalla 1-ci sırada yerini qoruyur. Lider növbəti görüşünü fevralın 28-də evdə «Qöppingen»ə qarşı keçirəcək.