- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 14
- May 05, 2026
- 0

Koreyada təşkil olunan hərbiçilərin VI dünya idman oyunlarında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı müdafiə, gənclər və idman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.
Hərbiçilərin VI dünya idman oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü – cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar. Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.