Həyat yoldaşını döyüb, evini qarət ediblər

Naməlum şəxslər Castin Kluivertin evinə daxil olub.

Allsport.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Bir neçə nəfər “Valensiya”nın müdafiəçisinin evinə girib, sevgilisini döyüb, zinət əşyalarını və ümumilikdə dəyəri 200 min avroya yaxın saat oğurlayıblar.

Bu soyğunçuluq Kluivertin sevgilisi iti ilə gəzintidən qayıdarkən baş verib. Oğrular qızı döydülər ki, qiymətli şeylərin harada olduğunu onlara bildirsin. Polisin məlumatına görə, hücum 5 dəqiqədən çox davam edib.

Castinin yoldaşı yüngül xəsarət alsa da, sarsıntı içində idi. Həmin vaxt futbolçu “Monako” ilə matça hazırlaşırdı.

Həmin kateqoriyadan