Həyat yoldaşından xüsusi dəstək – FOTO

Həyat yoldaşından xüsusi dəstək – FOTO

Norveç millisinin yarımmüdafiəçisi Morten Torsbi DÇ-2026 zamanı ailəsinin dəstəyini hər addımda hiss edib.

Allsport.az xəbər verir ki, “Kremoneze”nin futbolçusunun həyat yoldaşı Sara Pedersen dünya çempionatı ərzində komandanın bütün oyunlarını tribunadan izləyib.

Sara Norveç millisini Foksboro, İst-Raterford, Arlinqton və Mayamidə keçirilən qarşılaşmalarda dəstəkləyib. Hər oyundan sonra Torsbi tribunaya qalxaraq həyat yoldaşı ilə görüşüb və cütlük ənənəvi olaraq birlikdə xatirə şəkli çəkdirib.

Sara Pedersen ABŞ-yə qardaşı ilə birlikdə səfər edib. O, daha əvvəl Almaniyada keçirilən AVRO-2024 zamanı da qardaşı ilə tribunada yer almış, Portuqaliya millisinin və Kriştianu Ronaldunun adının yazıldığı forma ilə diqqət çəkmişdi.

Morten Torsbi DÇ-2026-da Norveç millisinin heyətində yalnız Fransa ilə oyunda meydana çıxıb. Baş məşqçi Stole Solbakken həmin qarşılaşmada əsasən ehtiyat oyunçularına şans vermişdi.

Həmin kateqoriyadan