“Hazırda Mərakeşi Braziliyadan daha çox bəyənirəm”

SSKA-sının başında olan zaman “Neftçi” ilə avrokubok oyunu üçün Bakıya səfər edən osetinli məşqçi Valeri Qazzayev, Braziliyanın dünya çempionatının əvvəlində Mərakeşlə 1:1 hesablı heç-heçə ilə bağlı təəssüratını bölüşüb. Allsport.az saytı xəbər verir ki, Afrika təmsilçisi ötən mundialda yarımfinala qədər irəliləyib:

“Hazırda Mərakeşi Braziliyadan daha çox bəyənirəm. Braziliyaya baxırıq, çünki orada Pele, Qarrinça, Tostao və Rivelino var idi. Amma onlar yoxa çıxıblar. Yaxud Ronaldo, Ronaldinyo – gənc nəsil. Biz onları görmürük. Bbuna görə də indi Braziliya keçmişin komandasına çevrilib.

Amma baxın, bugünkü Braziliya millisində Mbappe və ya Messi kimi xüsusilə görkəmli ulduzlar yoxdur – onların belə təsirli şəxslərə malik deyillər. Braziliya layiqli komandadır, başqa heç nə. Yaxşı komanda. Amma ənənə onları rəqabət aparmağa məcbur edir və orada heç kim birinci yerdən başqa heç nə ilə maraqlanmır”.

Həmin kateqoriyadan