- Baxış sayı: 36
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Bavariya”nın və Fransa millisinin müdafiəçisi Lukas Hernandes Münhen komandasında məşqlərini bərpa edib.
Allsport.az xəbər verir ki, Hernandez Fransanın 2022-ci il dünya kubokunda Avstraliyaya qarşı (4:1) debütündə sağ dizinin çarpaz bağı yırtıldı və fransızların gümüş medal qazandığı turnirin qalan hissəsini buraxdı. Futbolçu noyabrdan bəri “Bavariya”da oynamayıb.
2022/2023 mövsümündə klub səviyyəsində Hernandez 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.