- Baxış sayı: 31
- 21 May 2025 18:46
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Avropa çempionatında çıxış edəcək milli komandanın heyətində dəyişiklik olub. Allsport.az xəbər verir ki, olimpiya, dünya və 4-qat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək. Cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 apreldə Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəni 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.