Hiddink: Arşavin gördüyüm ən istedadlı oyunçulardan biridir

Rusiya millisinin keçmiş baş məşqçisi Quus Hiddink Rusiya futbolunda Sankt-Peterburq “Zenit”inin və London “Arsenal”ının keçmiş yarımmüdafiəçisi Andrey Arşavindən daha istedadlı futbolçunun meydana çıxa biləcəyindən danışıb.

Allsport.az xəbər verir ki, niderlandlı mütəxəssis rusiyalını indiyə qədər birlikdə çalışdığı ən yaxşı futbolçulardan biri adlandırıb və deyib: “Rusiyada nə vaxtsa Arşavindən daha istedadlı futbolçunun meydana çıxacağını bilmirəm. Andrey gördüyüm ən istedadlı oyunçulardan biridir”.

Həmin kateqoriyadan