“Hücumda çox ləng idik”

Millətlər liqasının qrupunda Xorvatiyanın Zapreşiç şəhərinin “İvan Lalyak-İliç” stadionunda Azərbaycan – Monteneqro görüşündən (0:0) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Canni De Byazi səsləndirdiyi fikri diqqətinizə çatdırırıq:

“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır. İkinci hissədə imkalarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik.

Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdir. Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir.

Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.

Həmin kateqoriyadan