İbrahimoviç “Milan”dan gedəcək

Zlatan İbrahimoviç “Milan”ı tərk edəcək, lakin karyerasına son qoymayacaq.

Allsport.az xəbər verir ki, 41 yaşlı hücumçu və Milan klubu iyunun 30-dək davam edən müqaviləsini yeniləməyəcək.

Zlatan səhhətində yaranan problemlərə görə bu mövsüm cəmi 4 matç keçirib və 1 qol vurub. O, “A” seriyasının son turunun “Verona” matçda iştirak etməyəcək.

Eyni zamanda İbrahimoviç karyerasına son qoymayacaq.

“Bitirməyi yox, davam etməyi düşünürəm. Hələ də daha yaxşı çıxış edə bilərəm.

Mənə zənglər gəlir, çox təklifıər alıram. Amma mən hələ də “Milan”ın oyunçusuyam və bununla fəxr edirəm” – Zlatan deyib.

Həmin kateqoriyadan