İBSA-nın idman direktoru Bakıda

Beynəlxalq görmə məhdudiyyətli idmançılar assosiasiyasının idman direktoru Yanoş Tardoş Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, onun səfərinin məqsədi mayın 25-26-da keçiriləcək paracüdo üzrə qran-prinin hazırlığını müzakirə etməkdir.

Səfər çərçivəsində qonaq Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə də görüşlər keçirəcək, Heydər Əliyev adına idman arenasında işlərlə tanış olacaq.

O, artıq Azərbaycan milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimovla görüşüb. Belə mötəbər tədbirin yenidən Bakıda baş tutmasının sevindirici hal olduğu, qran-prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradıldığı və hazırlıq işlərinin yaxın günlərdə tam yekunlaşacağı vurğulanıb.

Həmin kateqoriyadan