- Baxış sayı: 49
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 221
- Sentyabr 23, 2026
- 0

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Həmrəyliyi İdman Federasiyasının baş assambleyası, icraiyyə komitəsinin iclası, eyni zamanda, İHİF-nın hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı çərçivəsində Azərbaycanın 4-cü Islam həmrəyliyi oyunlarında gördüyü iş yüksək qiymətləndirilib.
Tədbirin yekununda Baş idman təşkilatının sədri , Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, IHIF-a yeni seçilmiş prezident Turky bin Abdulmöhsün Əl-Əlşeyx tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK vitse-prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya “dördillikdə xidmətlərinə görə xüsusi mukafatlar təqdim olunub.