İlk dəfə ardıcıl 3 matçda qol

San-Marino millisi Finlandiya ilə oyunun son dəqiqələrində penaltidən fərqlənməklə tarixində ilk dəfə ardıcıl 3 matçda qol vurmağı bacardı. Allsport.az saytı xəbər verir ki, “cırtdanlar” daha əvvəl Avropa çempionatlarının seçməsində Danimarka və Qazaxıstan futbolçularının qapısına yol tapmışdı.

Dünyanın ən uzun qələbəsizlik (136 matç) sıralamasına sahib olan “mavilər”in baş məşqçisi Fabritsio Konstantini bu tsikldə Şimali İrlandiya ilə oyundan sonra belə demişdi: “Bir gün biz də qalib gələcəyik”.

Deyəsən, o gün uzaqda deyil. Yeri gəlmişkən, San-Marino seçməsi yeganə qələbəsini 2004-cü ildə Lixtenşteynlə yoldaşlıq görüşündə qazanıb – 1:0.

Həmin kateqoriyadan