- Baxış sayı: 19
- 11 Avqust 2026 23:55
- Baxış sayı: 112
- Avqust 11, 2026
- 0

ABŞ Prezidenti Donald Tramp FİFA rəhbəri Canni İnfantinoya dəstək verib.
Allsport.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında FİFA prezidenti ilə bağlı paylaşım edib.
O, ali futbol qurumunun İnfantinonu əvəzləməsinin böyük səhv olacağını bildirib:
“FİFA hər hansı səbəbdən prezident Canni İnfantinonu əvəzləməyi düşünsə, dəhşətli səhvə yol vermiş olar. O, fantastikdir. İndiyə qədər keçirilmiş ən uğurlu dünya çempionatına rəhbərlik edib. Əgər o getsə, turnir bir daha bu qədər uğurlu və gəlirli olmayacaq. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm”.
İnfantino son günlər dünya çempionatının bir hissəsinin özəl investorlara satılması planına görə tənqid hədəfinə çevrilib. UEFA, KONKAKAF və AFK onu etimadı sarsıtmaqda ittiham edib və onun istefasını tələb edib.
FİFA daha əvvəl sözügedən planla bağlı səhvlərə görə üzr istəsə də, təşkilat İnfantinoya qarşı kampaniya aparıldığını bildirib.