İngilislər Martinezdən razıdı

“Mançester Yunayted” komandanın yarımmüdafiəçisi Lisandro Martinezə  yeni razılaşma təklif etmək niyyətindədir.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın nümayəndələri argentinalı futbolçunun agentlərinə onunla müqaviləni uzatmaq istədiklərini bildiriblər. Eyni zamanda, yeni müqaviləyə uyğun olaraq müdafiəçinin maaşı 3 dəfə artırıla bilər.

Bildirilir ki, yeni razılaşma “Old Trafford”da ilk mövsümündə əla nəticələrə görə oyunçuya mükafat olaraq klubun diroktorları tərəfindən nəzərdən keçirilir. 25 yaşlı yarımmüdafiəçinin özü də İngiltərə təmsilçisi ilə əməkdaşlığını genişləndirməyə şad olacaq.

Bu mövsüm Martinezin bütün yarışlarda “Mançester Yunayted” üçün 45 matçı var. Bu matçlarda o, bir qol vurub.

Oyunçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Martinez zədə səbəbindən mövsümün sonuna qədər kənardadır.

Həmin kateqoriyadan