İngiltərə millisinin üzvü əməliyyat olunub

İngiltərə millisinin üzvü əməliyyat olunub

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson əməliyyat olunub.

Allsport.az xəbər verir ki, 36 yaşlı futbolçu DÇ-2026-da biləyindən ağır zədə alıb.

Henderson İngiltərənin 1/8 finalda Meksikanı 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonra xəsarət alıb. Qələbəni azarkeşlərlə qeyd edən yarımmüdafiəçi reklam lövhəsinin üzərindən keçmək istəyərkən yıxılıb.

Futbolçu meydandan xərəkdə çıxarılıb və xəstəxanaya aparılıb.

Hendersonun əməliyyatı Kanzas Sitidəki ortopediya institutunda həyata keçirilib.

Həmin kateqoriyadan