İngiltərəli müdafiəçi Holanddan danışdı – “Əyləncəli olacaq”

İngiltərəli müdafiəçi Holanddan danışdı – “Əyləncəli olacaq”

İngiltərə millisinin müdafiəçisi Mark Gehi DÇ-2026-nın 1/4 finalında Norveçə qarşı keçirəcəkləri oyun barədə danışıb.

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu klub yoldaşı Erlinq Holandla üz-üzə gələcəyi matçı dəyərləndirib.

Gehi norveçli hücumçuya qarşı oynamağın çətin sınaq olacağını bildirib:

“Holanda qarşı oyun? Bu, əyləncəli olacaq. Bilirəm ki, onun üçün də belədir. Bu, asan çağırış deyil. Tanış simaları görmək xoş olacaq. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq”.

Hazırda Holand və Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın bombardirləri siyahısında 7 qolla 2-3-cü yerləri bölüşürlər.

Norveç – İngiltərə matçı iyulun 12-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Həmin kateqoriyadan