“İnter”dən 3 yubiley

Topaz Premyer Liqasının 34-cü turunun “Qəbələ” ilə səfər oyunu “İnter” üçün yubileylərlə əlamətdar olub. Allsport.az xəbər verir ki, 1:1 hesablı heç-heçə paytaxt təmsilçisinin ölkə çempionatlarında 50-ci səfər bərabərliyi olub.

211 dəfə rəqib meydanlarına çıxan bakılılar 93 qələbə qazanıb, 68 dəfə məğlub olub. “İnter”in yeganə qolunun müəllifi Asif Məmmədov paytaxt təmsilçisinin heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolunu 130-u matçında vuran Məmmədov Premyer Liqada ümumilikdə 24-cü dəfə fərqlənib.

“İnter”in digər futbolçusu Elvin Məmmədov isə komandasının heyətində 50-ci çempionat matçına çıxıb. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 229 oyun keçirib.

Həmin kateqoriyadan