İran – ABŞ oyunun Azərbaycan bayrağı: “O tayı da, bu tayı da”

Qətərdə futbol üzrə dünya çempionatında “B” qrupunun 3-cü turunda İran və ABŞ milliləri qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, oyunun keçirildiyi “Əl Tumama” stadionunun tribunasında Azərbaycan bayrağı asılıb.

Onun üzərində “O tayı da, bu tayı da” yazılıb. Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində 3 xala yiyələnən komanda 1/8 finala yüksələcəkdi.

Bu gərgin qarşıdurmanın taleyini bir qol həll edib. Kristian Pulişiçin dəqiq zərbəsi amerikalıları növbəti mərhələyə çıxarıb.

Həmin kateqoriyadan