- Baxış sayı: 31
- 11 İyun 2026 14:43
- Baxış sayı: 101
- İyun 10, 2026
- 0

İran millisinin hücumçusu Mehdi Tarəmi dünya çempionatında gərgin ab-hava hiss etdiyini etiraf edib. Allsport.az saytı xəbər verir ki, əvvəllər ABŞ-ın İran nümayəndə heyətinin bəzi dəstək heyətinə dəvət verməkdən imtina etdiyi bildirilirdi:
“Mən 3 Dünya Kubokunda olmuşam və həmişə deyirlər ki, təyyarədən düşüb ev sahibi ölkəyə daxil olan kimi sizi özünəməxsus dostluq və qlobal ruh atmosferi bürüyür.
Təəssüf ki, hazırda bunu hiss etmirəm. Bu dünya çempionatında çox gərginlik var. Bunu yanaşmada hiss etmək olar və təəssüf ki, bu, [vizaların rədd edilməsi] kimi hərəkətlərdən irəli gəlir. Bəlkə də bu, sadəcə mənim şəxsi hisslərimdir”.