- Baxış sayı: 40
- 26 İyun 2026 23:23
- Baxış sayı: 84
- İyun 26, 2026
- 0

DÇ-2022-nin seçmə “A” qrupunda 5-ci turda İrlandiya – Azərbaycan oyununa təyinat açıqlanıb. Allsport.az saytı xəbər verir ki, sentyabrın 4-də matçı fransalılar idarə edəcəklər.
Dublində “Aviva” stadionunda baş hakim Jerom Brisar olacaq. Ona Bencamin Peyc və Finjin Ervan Kristof yardım edəcəklər. Mikael Lesaj 4-cü referi funksiyasını yerinə yetirəcək.
Stefani Frappar VAR hakimi olacaq. Onun köməkçisi kimi qarşılaşmaya Mikael Berşebru təyinat alıb.