“İrqçilik futbolun heç bir yerində olmamalıdır”

Niderland futbol millisinin mətbuat xidməti sosial şəbəkələrdə paylaşım edərək DÇ-2026 zamanı irqçi təhqirlərlə qarşılaşdıqlarını bildirib.

Allsport.az saytı xəbər verir ki, niderlandlılar turnirdən Mərakeşə 11-metrlik cərimə zərbələri seriyasında 2:3 hesabı ilə məğlub olaraq (əsas və əlavə vaxt – 1:1) mübarizəni dayandırıblar.

“Bu dünya çempionatı ərzində göstərdikləri səylərə görə futbolçulara, heyətə və bütün aidiyyəti şəxslərə təşəkkür edirik. Həmçinin stadionda, evdə və hər yerdə ‘narıncıları’ dəstəkləyən azarkeşlərə minnətdarlığımızı bildiririk.

Futbol mənşəyindən və kimliyindən asılı olmayaraq insanları birləşdirir. Turnirdən kənarlaşmadan sonra sosial şəbəkələrdə futbolçulara qarşı irqçi və diskriminasiya xarakterli təhqirlər görürük. Biz burada qəti sərhəd qoyuruq. İrqçilik və diskriminasiya nə futbolda, nə internetdə, nə də cəmiyyətimizdə yeri olan hallardır”, – deyə açıqlamada qeyd olunub.

Həmin kateqoriyadan