- Baxış sayı: 41
- 11 Noyabr 2026 10:21
- Baxış sayı: 307
- Noyabr 09, 2026
- 0

Azərbaycan həndbol federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadınlar arasında Avropa kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”-“AEK Afina” görüşündə Avropa həndbol federasiyasının (EHF) nümayəndəsi olacaq.
Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” idman kompleksində keçiriləcək.
Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.